Qaz kəmərində sızma - Bakıda bu ərazilər qazsız qaldı

Bakıda qaz kəmərində qaz sızması yaranıb.

Bu barədə Trend-ə Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev məlumat verib.

Məlumata görə, qaz sızması Xətai rayon ərazisindəki orta təzyiqli qaz kəmərində baş verib: "Aşkar olunan qaz sızması nəticəsində bu gün səhər saat 10:00 radələrindən etibarən rayonun Mehmandarov küçəsi və Babək prospektinə qazın verilişi müvəqqəti dayandırılıb. Hazırda kəmərdə sızmanın qarşısının alınması üçün təmir-bərpa işləri görülür. Təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə qazın verilişi bərpa ediləcək".

AzNews.az