Bakıda 18 yaşlı tələbə qız əmisioğlu tərəfindən oğurlandı - TƏFƏRRÜAT

Bakının Binəqədi rayonu ərazisində 18 yaşlı tələbə qız oğurlanıb. Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, dünən Xırdalan şəhərində Qafqaz Universitetinin I kurs tələbəsi 1995-ci il təvəllüdlü Rufanə Hafiz qızı İdrisova martın 11-də evdən çıxaraq dərsə gedib və bir daha geri qayıtmayıb.

Bu barədə qızın atası Hafiz polisə müraciət edib. Hazırda qızın tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Qızın atası Hafis İdrisovun verdiyi məlumata görə, qızını qardaşı oğlu 1994-cü il təvəllüdlü Elnur Məhərrəm oğlu Vəliyev qaçırıb.

"Qız Bakıda bibisinin evində qalır. Dünən saat 13:00 radələrində dərsə getmək üçün çıxıb. Bir də geri qayıtmayıb. Qardaşım oğlu bibisinə zəng vurub deyib ki, qızı mən qaçırtmışam. Sonra da telefonu söndürüb", - deyə qaçırılan qızın atası bildirib.

AzNews.az