- Köhnə - Hadisə
- 13 Aprel 2018 18:46
- 4 060
Füzulidə min ədəd patron tapıldı - Foto
Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində min ədəd patron tapılıb.
AzNews.az ANAMA-a istinadən xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində patronun tapılması barədə məlumatlar daxil olub.
Məlumatın gecə saatlarında daxil olduğunu nəzərə alaraq Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu səhər saatlarında həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 000 ədəd 5.45 mm-lik avtomat patronu aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş patronların ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

