- Köhnə - Hadisə
- 13 Aprel 2018 22:55
- 4 476
Ağstafada yük maşını yandı
Ağstafada yanğın hadisəsi qeydə alınıb.
AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Ağstafa rayonunda "Ford" markalı betonqarışdıran avtomobilinin mühərriki və kabinəsi qismən yanmışdır. Avtomobilin qalan hissələri yanğından mühafizə olunmuşdur.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.