Sumqayıtda qadın özünü ataraq intihar cəhd edib

Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü şəhər sakini Rüstəmova Günay Əlmərdan qızı Stansiya Sumqayıt yaşayış massivində özünü yaşadığı evin damından ataraq intihara cəhd edib.

Sumqayıt şəhər TTYX-ya çatdırılan qadının vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.