- Köhnə - Hadisə
- 14 Aprel 2018 14:06
- 4 833
29 yaşlı gənc döyüldü
Mingəçevir şəhərindəki köçkün şəhərciyində bir nəfər bir qrup şəxs tərəfindən döyülüb.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə köçkün şəhərciyində, 4 saylı binada qeydə alınıb. Məlumata görə, 1989-cu il təvəllüdlü Elvin Yavər oğlu Orucov bir qrup şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az