- Köhnə - Hadisə
- 15 Aprel 2018 15:37
- 3 736
Sabirabadda yük maşını piyadanı vurdu
Sabirabad rayonunda “KamAZ” markalı yük avtomobili piyadanı vurub.
AzNews.az APA-a istinadən xəbər verir ki,yol-nəqliyyat hadisəsi Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb.
“KamAZ” markalı, 49 BH 338 dövlət nömrə nişanlı yük avtomobili yolu keçən, rayonun Nəsimi kənd sakini, 1990-cı il təvəllüdlü Sadıqov Racu Aydın oğlunu vurub.
Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.