Bakıda qəza - Mikroavtobus minik avtomobili ilə toqquşdu

Bu gün Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobus və “Mercedes” markalı minik avtomobili toqquşub.

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.