- Köhnə - Hadisə
- 16 Aprel 2018 22:50
- 5 548
Salyanda yanğın baş verdi
Salyanda yanğın hadisəsi qeydə alınıb.
AzNews.az APA-ya istinadən xəbər verir ki, Salyan rayonunun Yenikənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (dam örtüyü qamışdan olub) yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.