Mikroavtobus yük maşını ilə toqquşdü - Ölən və yaralananlar var

Cəlilabadda mikroavtobus yük maşını ilə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, aprelin 17-də saat 23 radələrində Cəlilabad rayonunun Alar kəndində Üçtəpə kənd sakini Əli Nağıyevin idarə etdiyi “QAZ-33213” markalı mikroavtobus və Maşlıq kənd sakini Rauf Əliyevin idarə etdiyi “QAZ-330211” markalı yük avtomobili toqquşub.

Nəticədə R.Əliyevin sərnişini, Masallı rayon sakini Mehman Qəfərov hadisə yerində ölüb, digər sürücü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.