- Köhnə - Hadisə
- 21 Aprel 2018 14:03
- 5 386
27 yaşlı gənc bıçaqlandı
Abşeron rayonunda 27 yaşlı gənc bıçaqlanıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Saray qəsəbəsində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Salmanov Azər Vəfadar oğluna naməlum şəxs bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az