“Mercedes”lər toqquşdu

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü 1991-ci il təvəllüdlü Qəmbər Mollayev xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az