Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb. Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb.

Bakıda binadakı yanğın söndürülüb - Yenilənib 2

Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb.

AzNews.az xəbər verir ki, "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın zamanı binanın çöl hissəsinə vurulan plastik üzlüklər yanıb.

***

13:19

Bakının Xətai rayonunda, Yusif Səfərov küçəsində çoxmərtəbəli binada yanğın davam edir.

Trend-in məlumatına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nazir müavini Etibar Mirzəyev də hadisə yerindədir.

Hazırda yanğının söndürülməsi istiqamətində iş davam etdirilir.

***

Bakının Xətai rayonunda, Yusif Səfərov küçəsində çoxmərtəbəli binada yanğın başlayıb.

APA-nın məlumatına görə, binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində baş verdiyi bildirilir.

Yanğın baş verən ərazidə yollar bağlanıb.

Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb. Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

image description