Əsgərimizi öz komandiri qətlə yetirib?

Daha bir müəmmalı əsgər ölümü

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Yevlaxda yerləşən N saylı hərbi hissəsində daha bir əsgərimizin həlak olması barədə xəbər yaymışıq.

Cəlilabad Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü Miriyev Elvin Fikrət oğlu aldığı güllə yarasından həlak olub. Lakin məlum olur ki, əslində əsgərimizi hərbi hissədə öz komandiri öldürüb. Bu barədə musavat.com-a Miriyev Elvinin bibisi oğlu, Ülvi Quliyev məlumat verib. O, deyib ki, əsgəri öz komandiri yatdığı yerdə, kətillə (taburetka) başından vuraraq qətlə yetirib.