Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənilər əsgərimizi yaralayıb

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb



APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.

Ordumuzun əsgəri, 19 yaşlı Cavid Ələmşah oğlu Mehrəliyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

O bildirib ki, yaralı əsgərin vəziyyəti kafidir.

Qeyd edək ki, C. Mehrəliyev Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

AzNews.az