Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Goranboyda avtomobil aşdı - Yaralı var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Balakürd kəndində qeydə alınıb.

Rayon sakini, 1989-cu il təvəllüdlü Zeynalov Seyidağa Şakir oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.