- Köhnə - Hadisə
- 29 May 2018 11:41
- 6 446
Yolu keçən piyadanı maşın vurdu
Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, mayın 28-də saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Bakı şəhər sakini Babək Əliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Şaiq Yusifovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.