"Xaç atası" Ded Xasan haqqında kitab yazılır "Xaç atası" Ded Xasan haqqında kitab yazılır

Ded Xasana görə öldürülənlərin sayı məlum oldu-125

"Xaç atası" Ded Xasan haqqında kitab yazılır




Erməni kriminoloqu Sergey Qaloyan Moskvada öldürülən kriminal aləmin "xaç atası" Ded Xasan barədə kitab yazır

Bunu kriminoloq özü keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, kitab artıq hazırdır, onu çap etdirmək üçün sponsor lazımdır.
Ekspertin sözlərinə görə, Usoyanın ölümündən sonra klanlar arasındakı münaqişənin qurbanlarının sayı 125 nəfər olub. İyuna qədər nisbi sabitliyin hökm sürəcəyini deyən Qaloyanın sözlərinə görə, iyun-sentyabr aylarında Usoyanın yerini kimin tutacağı məlum olacaq.

Qaloyanın fikrincə, bu yerə iddialılar arasında hazırda İspaniyada həbs çəkən Zaxari Kalaşovun şansı daha böyükdür. Armen Kazaryan adlı "qanuni oğru"nun da iddialı olduğunu deyən Qaloyan "ancaq kriminal aləmdə onun bu dərəcədə çəkisi yoxdur" deyə bildirib.
Kitabda digər "qanuni oğru"larla yanaşı erməni avtoruitetlər barədə də məlumatlar var.

Elnarə
AzNews.az