“EL“ bölgə səfərlərinə başlayır

EL hərəkatının təşəbbüs qrupu martın 18-də yığıncaq keçirib. "Media forum" saytının məlumatına görə, iclasda hərəkatın idarə heyətinin, məclisinin yaradılmasına qərar verilib, ağsaqqallar şurası, qadınlar şurası, gənclər komitəsi formalaşdırmaq razılığına gəlinib. Təşəbbüs qrupu üzvləri Novruz bayramı tətilini bölgə səfərlərinə həsr etməyi qərarlaşdırıblar.

EL hərəkatı martın 12-si Bakıda təqdim olunub. Eldar Namazovun sədrlik etdiyi təşəbbüs qrupuna Nurəddin Mustafayev, Zəfər Quliyev, Eldəniz Quliyev və başqaları daxildir. Hərəkat şəffaf və demokratik seçki mühitinin yaradılması, səsvermənin nəticələrinin saxtalaşdırılmasına qarşı təcili tədbirlər görülməsi üçün çalışacağını, 2013-cü ilin prezident seçkisində özünün irəli sürdüyü və yaxud demokratik düşərgənin konsensus əsasında məqbul saydığı namizədin qalib gəlməsi uğrunda mübarizə aparacağını bəyan edib.

AzNews.az