Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Göyçayda 2 avtomobil toqquşdu - Yaralı var

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Qarabaqqal kənd sakini Məzahir Kərimov idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfindən gələn Hacalıkənd kənd sakini Şahid Süleymanova məxsus “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı sərnişin Xanlar İsrafilov müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə Göyçayın Hacalıkənd kəndində baş verib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.