Kənd sakini dərəyə yıxılaraq öldü

Göygöl rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, 1974-cü il təvəllüdlü Tüvallar kənd sakini Tağıyev Boran Nodar oğlu rayonun meşəlik ərazisində ayağı sürüşərək yıxılıb və dərəyə düşüb.

Başından ağır xəsarət alan T.Boran hadisə yerində keçinib. Meyit morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az