Qusarda yaşlı kişi özünü asaraq intihar etdi

Qusar rayonu ərazisində intihar faktı qeydə alınıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Həzrə kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Quliyev Əlirza Mirzə oğlu özünü həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Onun meyiti anası tərəfindən aşkar edilib.

İntihar edən şəxsin spirtli içkilərə aludə olduğu bildirilir.