Göyçayda 2 avtomobil toqquşdu - Yaralılar var

Göyçay rayonunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 22:00 radələrində Göyçay-Ucar yolunda “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yenicə baş verdiyi üçün yaralıların adları hələ ki, məlum deyil.