Azərbaycanda bir gündə iki zəlzələ

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı xəbərə görə, bu gün Azərbaycan ərazisində iki zəlzələ olub. Birinci zəlzələ saat 12:32-də Nardarandan 48 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb.

İkinci zəlzələ isə saat 12:46-da Mingəçevir şəhərindən 15 km cənubda qeydə alınıb.

Zəlzələlər hiss olunmayıb.