Şuşada talış radiosunun yayımı başladı-VIDEO


Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağda ermənilər növbəti təxribata əl atıblar. Modern.az bildirir ki, Şuşadan "Talışstanın səsi" adlı radio yayımlanmağa başlayıb. Radio talış dilində xəbərlər və digər ictimai-siyasi yüklü məlumatları yayımlayır.

Radionun aparıcılarının diksiyasından aydın olur ki, efirdə yayımlanan xəbərlərin oxunması üçün İranda yaşayan talışlardan istfadə olunub. Radio haqqında sosial şəbəkələrdə yayılan xəbərlər Azərbaycanda yaşayan talışlar tərəfindən qəzəb və hiddətlə qarşılanıb.