Dənizdə iki nəfər batdı, biri... - Yenilənib

Xəzər dənizinin Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisində iki nəfər dənizdə boğulub.

APA-nın şimal bürosunun verdiyi məlumata, boğulan şəxslərdən birinin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bu Qusar rayon sakini 2002-ci il təvəllüdlü Alışov Həsən Cavad oğludur.

Quba rayon sakini olduğu bildirilən digər şəxsin axtarışları davam etdirilir.

***
19:53

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə 1 nəfərin batdığı ehtimal olunur.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.