Balakəndə 51 yaşlı kişinin intihar etməsinin bəzi təfərrüatı məlum olub. Balakəndə 51 yaşlı kişinin intihar etməsinin bəzi təfərrüatı məlum olub.

51 yaşlı kişinin intihar səbəbi: ”Xəstəliyi ilə barışa bilməyib...”

Balakəndə 51 yaşlı kişinin intihar etməsinin bəzi təfərrüatı məlum olub.

Rayonun Katex kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Rasim Hüşanov əsəb xəstəliyindən əziyyət çəkirmiş:

“Rasimin ailəsi və uşaqları var. Özü də uzun müddətdir ki, Rusiyaya gedib-gəlirdi. Fəhlə idi. Onun özünü öldürməsinin səbəbi məlum deyil. Amma hamı bilirdi ki, Rasim ruhi xəstə idi. Görünür, qəlbində xəstəliyi ilə barışa bilməyib, intihara əl atıb”.

Qeyd edək ki, Balakəndə intihar hadisəsi baş verib. Rayonun Katex kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Həbib oğlu Hüşanovun meyiti yaşadığı evin həyətində tövlədə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az