Yardımlı rayonunun Şıxlar kəndi ərazisinin böyük meşə zolağında yanğın hadisəsi baş verib. Yardımlı rayonunun Şıxlar kəndi ərazisinin böyük meşə zolağında yanğın hadisəsi baş verib.

Yardımlıda meşə yanır: "Ərazi blokadaya alınıb"

Yardımlı rayonunun Şıxlar kəndi ərazisinin böyük meşə zolağında yanğın hadisəsi baş verib.

Şıxlar kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, sözügedən yanğın Masallı, Cəlilabad, Yardımlı ərazisinin birləşdiyi meşə zonasında başlayıb:

“Artıq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə və hər üç rayonun Meşə Təsərrüfatı İdarəsinin əməkdaşlarına məlumat verilib. Aidiyyatı qurumlar hazırda hadisə yerindədir. Ərazi blokadaya alınıb. Yanğın bir hektar sahdən böyük yeri bürüyüb”.

Sakinlər deyir ki, yanğının səbəbi araşdırılır: “Son günlər havalar isti keçir. Bunun özüdə də yanğına səbəb ola bilər. Bundan əlavə, ola bilsin təxribatdır. Hazırda araşdırma gedir”.

Bahar RÜSTƏMLİ
AzNews.az