19 yaşlı əsgər intihar etdi

Bu gün Xüsusi Dövlət Baş Mühafizə İdarəsinin əsgəri özünü asaraq intihar edib.

Bakıda yerləşən XDBMİ-nin helikopter meydanında özünü asaraq intihar edən əsgər Səbayıl Rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 19 yaşlı Məmmədov Məmmədağa Novruz oğludur. Bu barədə məlumatı musavat.com-a əsgərin yaxınları veriblər.
Əsgərin nə səbəbdən intihar etməsi isə hələlik bilinmir.


AzNews.az