Abşeronda baş verən yol qəzasında bir ailənin 4 üzvü ölüb, daha 6 nəfər yaralanıb Abşeronda baş verən yol qəzasında bir ailənin 4 üzvü ölüb, daha 6 nəfər yaralanıb

Qəza ailənin 4 üzvünün ölümünə səbəb oldu

Abşeronda baş verən yol qəzasında bir ailənin 4 üzvü ölüb, daha 6 nəfər yaralanıb


Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Abşeronun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ayəddin Abbasovun idarə etdiyi "Hyundai-Sonata" markalı və Urfan Şahbudaqovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan U. Şahbudaqov və onun sərnişinləri - anası Bahar, qızı Fidan və qohumu Sevinc xəstəxanaya aparılarkən yolda ölüblər. Digər sərnişinlər – U. Şahbudaqovun oğlu Natiq, Bakı şəhər sakinləri İdris Şahbudaqov, Aydan Şahbudaqova, Xalidə Babayeva, habelə Ayəddin Abbasov və onun sərnişini Samirə Cəbrayılova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az