- Köhnə - Hadisə
- 14 İyul 2018 11:49
- 9 790
Bakıda baş vermiş lift qəzası ilə bağlı nazirlikdən açıqlama - Yenilənib
Səhiyyə Nazirliyi lift qırılması zamanı xəsarət alanların səhhətinə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzNews.az-a açıqlamasında bildirib ki, Bakının Xətai rayonunda, Həzi Aslanov metrosunun üstündəki hündürmərtəbəli binanın lifti qırılan zaman xəsarət alanların səhhəti normaldır:
“Xəsarət alanların 3-ü 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2-si isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar hələ xəstəxanaya aparılanda səhhətləri stabil idi”.
Qeyd edək ki, dünən Bakının Xətai rayonunda, Həzi Aslanov metrosunun üstündəki hündürmərtəbəli binada lift şaxtaya düşüb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Bahar RÜSTƏMLİ
AzNews.az
=========
13.07.2018
Bakı şəhərində bədbaxt hadisə baş verib.
AzNews.az-ın məlumatına görə, Xətai rayonunda yerləşən hündürmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb və şaxtaya düşüb.
Nıəticədə liftin içərində olan 3 nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.