Bakıda Ticarət Mərkəzində yanğın - Xəsarət alanlar var (Yenilənib)

Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.

Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

14:27

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən AzNews.az-a-a verilən məlumata görə, yanğın rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzindəki mebel dükanının anbarında başlanıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.