- Köhnə - Hadisə
- 16 İyul 2018 20:25
- 4 095
Sumqayıtda yeniyetməyə kəsici alətlə hücum edildi - Xəstəxanalıq oldu
Sumqayıt şəhərində yeniyetməyə kəsicə alətlə xəsarətlər yetirilib.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsinin Xəzri yaşayış massivində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Nahid Anar oğlu Paşayev tanıdığı şəxsin hücumuna məruz qalıb. Kəsici alətlə müxtəlif dərəcəli xəsarətlər alan yeniyetmə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.