Astara rayonu ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib Astara rayonu ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib

Maşını kanala aşdı, özü isə suda boğuldu

Astara rayonu ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib


Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, həmyerlisinin maşınını götürüb yola çıxan sürücü yolda maşını kanala aşırıb, özü isə suda boğularaq ölüb.

Yol-nəqliyyat hadisəsi bu gün günorta saatlarında Astara rayonunun Şahağacı kəndi ərazisində qeydə alınıb. Astara rayonunun Şiyəkəran kənd sakini, 22 yaşlı Eyvaz Dadaşov idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla Şahağacı kəndi istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarındakı su kanalına düşüb. Qəza nəticəsində sürücü avtomaşının içində qalaraq dünyasını dəyişib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Maşını su kanalından çıxartmaq üçün əraziyə ağır tonnajlı kran gətirilib. Maşın kanaldan çıxarılıb. Maşında qalan sürücünün ölümünün səbəblərinə aydınlıq gətirmək üçün Astara Rayon Məhkəmə Tibbi Ekspertizasına aparılıb.

Qeyd edək ki, Eyvaz Dadaşov Rusiya Federasiyasından evə təzə qayıtmışdı. Qəza törətdiyi avtomaşını isə həmkəndlisindən götürüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi açılıb.


AzNews.az