Serj Sərkisyan rəqibini aclıq aksiyasını dayandırmağa çağırıb Serj Sərkisyan rəqibini aclıq aksiyasını dayandırmağa çağırıb

Raffi Ovannisyana sui-qəsd cəhdi olub

Serj Sərkisyan rəqibini aclıq aksiyasını dayandırmağa çağırıb



"İrs" partiyasının lideri, Ermənistan prezidentliyinə sabiq namizəd Raffi Ovannisyan aclıq aksiyasını davam etdirir. APA-nın məlumatına görə, sabiq namizədin seçki qərargahı Ovannisyanın həyatına sui-qəsd cəhdi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, aclıq aksiyasının keçirildiyi Azadlıq meydanında bir nəfər naməlum şəxs qışqıraraq Ovannisyanın çadırına yaxınlaşmağa çalışıb, lakin sabiq namizədin tərəfdarları buna imkan verməyiblər.

"Biz polisdən potensial qatilin şəxsiyyətini müəyyənləşdirməyi və ona qarşı qaldırılacaq cinayət işi ilə bağlı ictimaiyyəti məlumatlandırmağı tələb edirik".

Qeyd edək ki, Raffi Ovannisyan seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz edərək martn 10-dan aclıq aksiyasına başlayıb. O aksiyanı Serj Sərkisyanın andiçmə mərasiminə - aprelin 9-dək davam etdirmək niyyətindədir. Serj Sərkisyan artıq Raffi Ovannisyana müraciət edərək onu aclıq aksiyasını dayandırmağa çağırıb. O bildirib ki, Ovannisyan aclığı dayandırsa, müxalifətin bütün təkliflərini onunla birgə müzakirə etməyə hazırdır.

AzNews.az