Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Abşeronda maşınla vurulan piyada xəstəxanada ölüb

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 26-da saat 1 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Sərvər Xəlilli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini Filman Abdullayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.