Zaqatalada bir həftə əvvəl itkin düşən və iki gün öncə yüksək dağlıq ərazidə meyiti tapılan Qurban İbrahimovun meyiti tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib. Zaqatalada bir həftə əvvəl itkin düşən və iki gün öncə yüksək dağlıq ərazidə meyiti tapılan Qurban İbrahimovun meyiti tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.

Zaqatalada itkin düşmüş çobanın meyiti ailəsinə təhvil verildi - Fotolar (Yenilənib)

Zaqatalada bir həftə əvvəl itkin düşən və iki gün öncə yüksək dağlıq ərazidə meyiti tapılan Qurban İbrahimovun meyiti tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.

AzNews.az Report-a istinadən xəbər verir ki, mərhumun meyiti doğulduğu Muxax kəndinə gətirilib.

Yaxınlarının verdikləri məlumata görə, Q.İbrahimov subay olub və uzun müddətdir çobanlıqla məşğul olurmuş.

Q.İbrahimovun meyitinin ərazidən çıxarılması əməliyyatında iştirak edən kənd sakini Ramazan Ramazanov bildirib ki,meyiti təqribən 350-400 metr dərinlikdə olub.Meyiti kəndir vasitəsilə çıxarmaq isə 6 saat vaxt aparıb.

Q.İbrahimov bugün Muxax kəndində dəfn olunacaq.

Xatırladaq ki, 1982-ci il təvəllüdlü Qurban İbrahimovun meyiti iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanıb.

O, rayonda çobanlıqla məşğul imiş.

***

2018.07.27/ 21:19

Zaqatalada itkin düşən çobanın meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı xəbərə görə, iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyitinin həmin gün götürülməsi əməliyyat şəraitinin mürəkkəbliyi əlaqədar (mürəkkəb relyefli yüksək dağ massivində havanın qatı dumanlı olması səbəbilə) mümkün olmayıb.

Meyitin götürülməsi üzrə tədbirlər iyulun 27-də gün ərzində aparılıb. Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Q.İbrahimovun meyitinin olduğu yerdən götürülərək nisbətən təhlükəsiz əraziyə daşınması mümkün olub. Hazırda meyitin dağdan endirilməsi üzrə tədbirlər həyata keçirilir.

İbrahimov Qurban İbrahim oğlunun meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək.

AzNews.az

image description image description