Rusiyada sərnişin avtobusu aşıb. Rusiyada sərnişin avtobusu aşıb.

Rusiyada avtobus aşdı - 12 yaralı var (Foto)

Rusiyada sərnişin avtobusu aşıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Moskva vilayətində, Domodedovo rayonunda baş verib. Hadisə zamanı 12 nəfər (bəzi xəbərlərə görə 16 nəfər- red) xəsarət alıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib.

Qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Nəticədə avtobus yol kənarındakı küvetə - xəndəyə aşıb. Hadisə zamanı avtobusda 27 sərnişin olub. Onlardan 4-ü uşaqdır.

AzNews.az

image description image description