- Köhnə - Hadisə
- 29 İyul 2018 15:14
- 5 773
Şimal bölgəsində meşəətrafı ərazidə yanğın başlayıb - FHN
Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirlyinin yaydığı məlumata görə, ərazidə əsən külək yanğının meşəlik əraziyə (çətin keçilən dağlıq ərazi) keçməsinə səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd “Mi-17” helikopteri hazırda hadisə rayonundadır. Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
AzNews.az