Xızı rayonunda yol qəzası baş verib. Xızı rayonunda yol qəzası baş verib.

Maşın dərəyə düşdü - Yaralılar var

Xızı rayonunda yol qəzası baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun rayonun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xızı rayonunda yüksək sürətlə hərəkət edən minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə üç nəfər - 1959-cu il təvəllüdlü Məhəbbət Rzabala oğlu Vəliyev, 1963-cü il təvəllüdlü Rafiq Qüdrət oğlu Quliyev və 1973-cü il təvəllüdlü Habil Fazil oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

AzNews.az