- Köhnə - Hadisə
- 19 Avqust 2018 15:51
- 3 646
Cəlilabadda kütləvi dava - Toyda qan düşdü

Ötən gecə Cəlilabad rayonunda keçirilən iki toy mərasimində kütləvi dava baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, ilk hadisə rayonun Uzuntəpə kəndinə qeydə alınıb.
Buradakı mərasimdə kənd sakinləri, iki qardaş - 1994-cü il təvəllüdlü Həsənov Şamxal İlham oğlu və 1997-ci il təvəllüdlü Həsənov Adəm İlham oğlu döyülüblər.
Yaralılara Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardım göstərilib.
Daha bir kütləvi dava rayonun Göytəpə şəhərində olub. 1984-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tural Əyyar oğlu tanıdığı şəxslər tərəfindən döyülüb.
Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Hər iki faktla bağlı araşdırma aparılır.