Ticarət Mərkəzinin qəfil bağlanması milyarder üçün gözlənilməz olub Ticarət Mərkəzinin qəfil bağlanması milyarder üçün gözlənilməz olub

Telman İsmayılovun Moskvadakı obyekti söküldü - EKSKLÜZİV

Ticarət Mərkəzinin qəfil bağlanması milyarder üçün gözlənilməz olub



AzNews.az xəbər portalına daxil olan məlumata görə, hazırda Türkiyədə yaşayan yəhudi əsilli azərbaycanlı milyarder Telman İsmayılovun böyük bir obyektinin söküntüsünə start verilib. Belə ki, Moskvanın Şelkovsk şosesində yerləşən və sahəsi 7 min kvadratmetr olan nəhəng ticarət mərkəzi bu gün səhərdən tam qapadılaraq ərazidə söküntü işlərinə başlanılıb.

Qeyd edək ki, Moskva şəhərinin Şərq prefektruasında yerləşən bu ticarət mərkəzi çox funksiyalı idi. Yəni, orada həm əşya, həm də meyvə-tərəvəz bazarı fəaliyyət göstərirdi. Mənbənin dediyinə görə, ticarət mərkəzinin sökülməsi haqda qərar qəfil verilib və bu çoxları üçün gözlənilməz olub:

"Bu gün səhər tezdən ora gələn icraçılar mərkəzin David adlı baş inzibatçısına yır-yığış etməyi əmr ediblər. Onlar Moskva meriyasının bu ticarət mərkəzin bağlanması haqda qərarının olduğunu bildirərək hamını ərazidən uzaqlaşdırılıblar. Meriyadan gələnlər onu da bildiriblər ki, Ticarət Mərkəzinin yerində Gənclər Parkı salınacaq".

İddialara görə, Ticarət Mərkəzinin qəfil bağlanması Telman İsmayılovun özü üçün də gözlənilməz olub.

Orxan
AzNews.a