Göygöl rayonunda toy mərasiminə gələn qonaqlar arasında əlbəyaxa dava düşüb. Göygöl rayonunda toy mərasiminə gələn qonaqlar arasında əlbəyaxa dava düşüb.

Toyda dava düşdü - Yaralananlar var

Göygöl rayonunda toy mərasiminə gələn qonaqlar arasında əlbəyaxa dava düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində keçirilən toy mərasimlərinin birində qonaq olan Daşkəsən rayon sakinləri, 1978-ci il təvəllüdlü Zülfəli Qələndər oğlu Məmmədov, onun qardaşı, 1976-cı il təvəllüdlü Fazil Qələndər oğlu Məmmədov və 33 yaşlı daha bir şəxs kütləvi dava zamanı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan Z.Məmmədovun vəziyyətinin orta-ağır, digər iki şəxsin isə qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az