Hava yenidən isinəcək

Azərbaycanda qısa müddət davam edən nisbətən soyuq hava şəraitindən sonra martın 31-dən başlayaraq havanın temperaturu yenidən yüksələcək



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev cümə günü Trend-ə bildirib ki, bu gün və sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Havanın qısa müddətə qeyri-sabit keçəcəyi, fasiələrlə yağış yağacağı, dağlıq və dağətəyi rayonlara sulu qar və qar yağacağı gözlənilir. Bu proses bu gün şimal və qərb rayonlarından başlayacaq və martın 30-da da davam edəcək. Sabah gündüz saatlarından başlayaraq, yağıntılar tədicən kəsiləcək.
Verdiyev bildirib ki, martın 31-dən başlayaraq sonrakı günlərdə havanın temperaturu yüksələcək. Bu gün Bakıda və Abşeron yarımdasında havanın temperaturunun axşama doğru 4-6, sabah 5-9 dərəcə isti gözlənilir. Marrın 31-də isə 13-18 dərəcə isti proqnozlaşdırılır.

AzNews.az