- Köhnə - Hadisə
- 3 Sentyabr 2018 18:59
- 4 262
Bir həftə əvvəl maşın vurmuşdu - Xəstəxanada öldü
Bir həftə əvvəl Lənkəran rayonunda avtomobilin vurduğu piyada bu gün xəstəxanada ölüb.
"Report"un Cənub bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi avqustun 28-də qeydə alınıb.
Belə ki, Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsi, 59 A ünvanında yaşayan 61 yaşlı Siyavuş Cəfər oğlu Nuriyev yolu keçmək istəyən zaman onu "Nissan" markalı avtomobil vurub. Sürücü yaralıya yardım göstərilməsi üçün onu öz maşını ilə xəstəxanaya çatdırıb. Qapalı kəllə-beyin travması diaqnozu qoyulan S.Nuriyev reanimasiya şöbəsinə yerləşdirilib.
AzNews.az