Ağstafada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada yerləşdirildiyi xəstəxanada ölüb. Ağstafada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada yerləşdirildiyi xəstəxanada ölüb.

Maşın vuran piyada xəstəxanada öldü - Yenilənib

Ağstafada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyada yerləşdirildiyi xəstəxanada ölüb.

"VAZ-21011" markalı avtomobillə vurularaq ağır halda xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Samir Qurbanov orada ölüb.

Hadisəni törədən sürücü, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Rabil Səttar oğlu Rüstəmov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***
21:35

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Qırılı kəndində qeydə alınıb.

Yolu keçmək istəyən, kənd sakini Samir Kinyaz oğlu Qurbanovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan S.Qurbanov xəstəxanaya yerləşdirilib. Onun komada olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az