- Köhnə - Hadisə
- 4 Aprel 2013 09:06
- 2 862
1993-cü ildən qalmış minalar partladı
APA-nın məlumatına görə, hadisə Füzuli rayonunun Böyük Bəhmənli kəndində qeydə alınıb.
Kənd sakini Mətləb Əliyevə məxsus həyətyanı sahədə təmizlik işləri aparılarkən ardıcıl 6 partlayış baş verib. Partlayış nəticəsində xəsarət alan olmayıb. Partlayışların dördü nisbətən güclü olub. Hazırda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Fizuli Regional bazasının mütəxəssisləri baş verən ərazidə yoxlama aparırlar.
Partlayan döyüş sursatlarının 1993-1994-cü illərdə kənddə gedən döyüş əməliyyatları zamanı atıldığı ehtimal olunur.
AzNews.az