Bu gecə qaz təchizatı dayandırılacaq

Binəqədi rayonuna qaz verilməsində fasilə yaranacaq


AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar olaraq, bu gün saat 22:00-dan sabah saat 10:00-dək "Alatava" qazpaylayıcı stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az