- Köhnə - Hadisə
- 15 Aprel 2013 10:43
- 2 321
1000 voltluq naqilə toxunan yeniyetmə sağ qaldı- Bakıda
Məlumata görə, B.Quluzadənin atası Quliyev Hafiz həmin məntəqədə işləyir. Atasının cərəyandan azad edilmiş otağından çıxan yeniyetmə oğlan yüksək gərginlikli kabellərin keçdiyi digər otağa keçib. Burada o 1000 voltluq naqilə toxunub. Elektrik cərəyanı vurması nəticəsində yeniyetmə oğlan bir neçə metr kənara düşüb və ağır bədən xəsarətləri alıb. Xoşbəxtlikdən cərəyan vurmasına görə B.Quluzadənin ürəyi dayanmayıb.
Yeniyetmə oğlan Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib. Onun bəzi bədən orqanlarının ciddi zədələndiyi bildirilir.
AzNews.az