- Köhnə - Hadisə
- 17 Aprel 2013 10:44
- 2 078
Bakıda mərkəzi yollardan biri bağlandı
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq etdi
Bülbül prospektinin Məhəmməd Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu barədə AzNews.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.
Sürücülərdən alternativ yol kimi Səməd Vurğun küçəsindən istifadə etmələri xahiş olunur.
AzNews.az